76 yaşlı "qanuni oğru" 8 il azadlıqdan məhrum edildi - SƏBƏB

DÜNYA
10:23 / 23.06.2023
542

Rusiyada 76 yaşlı qanuni oğru Boris Apakiya (Apakela) 8 il müddətinə azadlıqdan məhrum edilib.

Hit.az xəbər verir ki, o, Rusiya Federasiya Cinayət Məcəlləsinin 210.1-ci (Kriminal iyerarxiyada yüksək statusa malik olma) maddəsi ilə mühakimə olunub. 

Apakela 56 ildir ki, kriminal dünyanın “sakinidir”. O, Rusiyanın nüfuzlu qanuni oğrularından sayılır. 

Boris Apakiya oğru qaydalarına uyğun olaraq statusunu gizlətməyib. Rusiya Federasiyasında isə bir neçə ildir ki, Cinayət Məcəlləsinə xüsusi olaraq "qanuni oğru"lar üçün maddə əlavə edilib. Bu maddəyə görə "qanuni oğru" statusu daşıyırsansa, cinayət başında yaxalanmasan belə, mühakimə olunub cəzalandırıla bilərsən. 

Məhkəmənin hökmü ilə Apakela cəzasını ciddi rejimli koloniyada çəkməli olacaq. 

Onu da qeyd edək ki, Rusiya Federasiya Cinayət Məcəlləsinə 210.1-ci maddə əlavə olunduqdan sonra bu ölkədə "qanuni oğru"ların sərbəst hərəkəti xeyli dərəcədə çətinləşib. Onlardan bir çoxu ölkəni tərk edərək Türkiyə və Avropaya üz tutub. 

Anar

0