"Ukrayna yüksək dəqiqliyə malik GLSDB bombaları alacaq. ABŞ-dan çatdırılma payızdan sonra gözlənilməlidir".
HİT.az xəbər verir ki, bunu Pentaqonun beynəlxalq məsələlər üzrə rəhbərinin müavini Laura Kuper deyib.
Onun sözlərinə görə, ABŞ ukraynalı döyüşçülərin ehtiyaclarını ödəmək üçün bütün imkanlardan istifadə edir.
Eyni zamanda, o qeyd edib ki, GLSDB yüksək dəqiqlikli yerdən buraxılan bombalar Ukraynaya payızdan tez göndərilməyəcək, baxmayaraq ki, “təchizat tərəfindəki həmkarlar” prosesi sürətləndirmək üçün çalışırlar.
Qeyd edək ki, GLSDB mərmiləri 150 kilometr məsafədə hədəfi vura bilən uzun mənzilli qanadlı bombadır. Bu GBU-39 kiçik diametrli hava bombasını M26 mərmisindən raket mühərriki ilə birləşdirən eksperimental hibriddir.
Samir