Rusiyanın Ka-52 "Alliqator" helikopterləri Ukraynanın əks-hücumunun yolunda əsas maneə olub.
HİT.az xəbər verir ki, bu fikri Ukrayna əks-hücumunun ön cəbhəsinə səfər edən "Bild" qəzetinin baş redaktorunun müavini Pol Ronzeymer deyib.
Ukrayna əsgərlərindən birinin jurnalistə verdiyi məlumata görə, ruslar 8 km məsafədən helikopterlərdən hücuma keçsələr də, ukraynalı qırıcıların belə məsafədən onlara qarşı duracaq heç bir şeyi yoxdur.
“Bu, Ukraynanın əks-hücumunda özünü göstərən əsas problemlərdən biridir: kifayət qədər hava hücumundan müdafiə sistemi yoxdur, öz aviasiya yoxdur, Ukrayna prezidenti Volodimir Zelenskinin keçən aylarda bu qədər israrla danışması kifayət etmədi", deyə Ronzeymer yazır.
O, həmçinin qeyd edib ki, Silahlı Qüvvələrin əks-hücumunun uğurlu və ya uğursuz olacağını söyləmək hələ tezdir. Bununla yanaşı, jurnalist Ukraynanın döyüş meydanında uğur qazana bilməyəcəyi və Qərb müttəfiqləri onu Rusiya ilə danışıqlara sövq etməyə başlayacağı təqdirdə vəziyyəti “dəhşətli” adlandırıb.
O qeyd edir ki, Ukrayna prezidenti danışıqların mümkünsüzlüyü və ərazi güzəştləri barədə o qədər tez-tez danışırdı ki, “onun bu mövqeyin dəyişməsini öz xalqına izah etmək çətin olacaq". Ronzeymerin sözlərinə görə, Vladimir Putin məhz buna nail olmağa çalışır.
Samir