"Ukrayna münaqişəsi danışıqlar masasında həll ediləcək, lakin..." - Melani Coli

DÜNYA
20:23 / 23.06.2023
424

Ukraynadakı münaqişə sonda dialoq yolu ilə həll olunacaq, lakin hələlik Kiyev danışıqlar masası arxasında öz mövqeyini möhkəmləndirmək üçün əks-hücum əməliyyatı keçirməlidir.

HİT.az xəbər verir ki, bunu Kanadanın xarici işlər naziri Melani Coli CTV-yə müsahibəsində bildirib.

“Hər bir müharibədə olduğu kimi, bu müharibə də danışıqlar masası arxasında həll olunacaq. Biz əmin olmalıyıq ki, Ukrayna danışıqlar masası arxasında güclüdür. Buna görə də əks-hücum əməliyyatını dəstəkləyirik”, deyə Melani Coli bildirib.

Nazir həmçinin qeyd edib ki, Ukraynanın gələcəkdə Rusiya ilə hərbi münaqişədən yayınması üçün Kiyevə “uzunmüddətli təhlükəsizlik təminatı” vermək lazımdır.

Samir

0