Kaxovka SES-in dağıdılmasının genişmiqyaslı nəticələri olacaq - BMT

DÜNYA
21:34 / 23.06.2023
571

Kaxovka Su Elektrik Stansiyasının (SES) dağıdılması genişmiqyaslı nəticələrə səbəb olacaq. 

HİT.az xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasının iclasında təşkilatın baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari DiKarlo bildirib.

"Mülki infrastruktura bu günə qədər ən ciddi hücum iyunun 6-da, Kaxovka bəndinin dağıdılması zamanı baş verib. İnsidentin dəqiq nəticələri bəlli olmasa da, bu, böyük mənfi nəticələrə səbəb olacaq fəlakətdir", deyə DiKarlo bildirib.

Qeyd edək ki, iyunun 6-na keçən gecə Kaxovka SES-in bəndi dağılıb. Ukrayna və Rusiya buna görə bir-birini ittiham edib. 

Samir

0