Rusiya ukraynalıları qanunsuz deportasiya etməkdə davam edir. Ruslar işğal olunmuş ərazilərin daha 600 sakinini çıxarıblar.
HİT.az Ukrayna Milli Müqavimət Mərkəzinə istinadən xəbər verir ki, mayın sonundan iyunun əvvəlinə qədər Donetsk vilayətinin Debaltseve, Dokuçayevsk və Luqansk vilayətinin Starobilsk qəsəbələrində yaşayan daha 600 ukraynalı Rusiyanın Rostov vilayətinə deportasiya edilib. Bu qəsəbələrdə insanların deportasiyadan əvvəl saxlandığı düşərgələr var.
Mayın sonunda Ukrayna Ali Radasının insan hüquqları üzrə komissarı Dmitri Lubinets rusların azı 19 453 ukraynalı gənci qaçırdığını bildirib.
Samir