Türkiyə İsveçdən terrorçuların onlara təhvil verilməsini tələb edib.
HİT.az xəbər verir ki, rəsmi Ankara 130 terrorçunun adının olduğu siyahını qarşı tərəfə göndərib.
Türkiyə İsveçin NATO-ya üzvlüyünü təsdiqləmək üçün sözügedən terrorçuların ekstradisiya və ya deportasiya edilməsini gözləyir.
İsveç hakimiyyəti daha öncə Türkiyənin tələbini nəzərə alaraq, terror təşkilatı tərəfdarlarına həbs cəzası nəzərdə tutan qanunu təsdiqləyib.
Qeyd edək ki, Türkiyənin bu tələbləri də yerinə yetiriləcəyi təqdirdə, 11-12 iyunda Litvanın paytaxtı Vilnüsdə baş tutacaq NATO zirvəsində rəsmi Anakaranın İsveçin alyansa üzvlüyünün təsdiqləyə biləcəyi ehtimal olunur.
Pərviz