Vladimir Putin: "Vaqner"in son addımları xəyanətdir"

DÜNYA
11:18 / 24.06.2023
709

Rusiya Prezidenti Vladimir Putin Vaqner rəhbəri Yevgeni Priqojinin əməllərini arxadan zərbə və xəyanət adlandırıb.

HİT.az xəbər verir ki, bu bardə Putin xalqa müraciətində bildirib.

Putin baş verən hadisələri 1917-ci il hadisələri (Rusiya inqilabı) ilə müqayisə edib.

“Biz bunun təkrarlanmasına imkan verməyəcəyik. Bu xəyanət və satqınlıqdır”.

Onun sözlərinə görə, Rusiya qoşunları qəhrəmancasına döyüşür: “İndi Qərbin bütün hərbi maşınları Rusiyaya qarşı yönəlib”.

Putin bildirib ki, Rusiya daxilində üsyana hazırlıq görülür. Onun sözlərinə görə, ordu komandirləri ilə gecə əlaqə saxlayıb: “Bizi zəiflədə bilən hər şeyə qarşı mübarizə aparmalıyıq. Üsyançılar Rusiyanı məğlubiyyətə aparmaq istəyirlər”.

O bildirib ki, üsyançılara qarşı sərt tədbirlər görülür: "Bu üsyan ölkəmizə və xalqımıza arxadan vurulan zərbədir".

Putinin sözlərinə görə, Rusiya bu xəyanətə sərt cavab verəcək: “Üsyançılar cəzaya məruz qalacaqlar. Bu, qaçılmazdır”.

0