"Rusiyada əslində vətəndaş müharibəsi başlayır" - Podolyak

DÜNYA
13:00 / 24.06.2023
605

"Rusiya faktiki olaraq vətəndaş müharibəsinin başlanğıcının şahididir".

HİT.az xəbər verir ki, bunu Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Mixaylo Podolyak deyib.

Onun sözlərinə görə, hadisələr Ukraynanın son bir il ərzində danışdığı ssenari üzrə inkişaf edir: "Ukrayna əks-hücumunun başlaması ilə nəhayət, Rusiya elitasında sabitliyi pozdu və Ukraynadakı məğlubiyyətdən sonra yaranan daxili parçalanmanı gücləndirdi".

"Bu gün biz faktiki olaraq vətəndaş müharibəsinin başladığının şahidiyik. Priqojinin dəstəsi hərbi obyektləri, qərargahları və bütöv şəhərləri ələ keçirir, yolda demək olar ki, heç bir müqavimətə rast gəlmir, təsadüfi əsgər və polisləri tərksilah edir. Putin Priqojini vətən xaini və qanundankənar elan edir. Xüsusi xidmətlərə əmr verir, amma heç nə baş vermir - idarəetmə böhranı, faktiki olaraq hakimiyyətin itirilməsi deməkdir”, deyə o bildirib.

Samir

0