Britaniya vətəndaşlarına xəbərdarlıq etdi: "İğtişaş riski var"

DÜNYA
14:15 / 24.06.2023
708

Bpyük Britaniya Xarici İşlər Nazirliyi həmvətənlərinə Rusiyaya səfər etməməyi tövsiyə edib. Agentlik hesab edir ki, “Vaqner” özəl hərbi şirkəti (PMC) ilə bağlı vəziyyət fonunda ölkədə iğtişaşlar riski var.

HİT.az bu barədə "Reuters"ə istinadən xəbər verir.

“Rostov vilayətində hərbi gərginlik və bütün ölkə boyu iğtişaşların davam etməsi riski ilə bağlı məlumatlar var. Bundan əlavə, Böyük Britaniyaya qayıtmaq üçün heç bir uçuş variantları mövcud deyil", deyə XİN bildirib.

Dünən, iyunun 23-də "Vaqner" PMC-nin təsisçisi Yevgeni Priqojin Müdafiə Nazirliyini onun şirkətinin mövqelərinə zərbələr endirməkdə günahlandırıb və 25 min ordusunun “bununla məşğul olacağını” söylədi. Səhər saatlarında o, PMC-nin Rostov-na-Dondakı bütün hərbi obyektləri nəzarətə götürdüyünü bildirib. 

Moskvada, Voronej və Moskva vilayətlərində antiterror əməliyyatı rejimi tətbiq edilib. Vəziyyətin inkişafı Avropa İttifaqı, ABŞ və Fransa tərəfindən izlənilir. Polşa prezidenti Anjey Duda müttəfiqlərlə məsləhətləşmələr aparıb.

Samir

0