Mərhum qanuni oğru Nadir Səlifovun (Lotu Quli) yaxın dostu, Belarus əsilli kriminal avtoritet Aleksandr Kuşnerova (Saşa Kuşner) hökm oxunub.
HİT.az xəbər verir ki, Minsk Şəhər Məhkəməsi onun 24 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi barədə hökm çıxarıb.
Saşa Kuşner cəzasının ilk 5 ilini təcridxanada, yerdə qalan hissəsini isə müvafiq islah əmək düşərgəsində çəkəcək.
O, iki nəfərə sui-qəsd planında təqsirli bilinib. İttihama görə, Saşa Kuşner planını həyata keçirmək üçün killer tutmaq istəyib. O, planı icra edən killerə 700 min dollar verəcəyini bildirib.
Saşa Kuşnerin hədəfində olanlardan biri də gürcü əsilli qanuni oğur Badri Koquaşvili (Badri Kutaisi) olub.
Bundan əvvəl yayılan məlumatlarda bildirilirdi ki, Saşa Kuşner bu sui-qəsd planı ilə "Lotu Quli"nin qisasını almaq istəyib.
Qurbanlardan birinin Badri Koquaşvili olması bu iddianın heç əsassız olmadığına dair qənaəti möhkəmlənidirir.
Badri Koquaşvili ilə Lotu Qulinin münasibətləri o qədər də xoş olmayıb. Onlar “Çixladze olayı”nda üz-üzə gəliblər.
Quram Çixladze (Kvejoviç) gürcü əsilli qanuni oğrudur. O, 2019-cu ildə Lotu Quli ilə görüşdə qazax əsilli kriminal avtoritet Arman Cumagəldiyev (Arman Dikiy) tərəfindən vurulmuşdu. Badri Koquaşvili bu faktı əsas gətirərək Nadir Sılifovun oğru titulunun geri alınması məsələsini qaldırmışdı.
Oğru qaydalarına görə, bir qanuni oğruya digərinin vurulmasınını sükutla seyr etməməli, dərhal baş verənlərə sərt təpki göstəməlidi, qanuni oğruya əl qaldıranı cəzalandırılmalıdır.
Lakin Baru Koquaşvilinin bu məsələ ilə bağlı təşkil etdiyi “sxodka” Lotu Qulinin xeyrinə başa çatmışdı. Məlum olmuşdu ki, Çixladze davadan əvvəl özünü Arman Cumagəldiyevə biznesmen kimi təqdim edib. Qazax əsilli avtoritet də Çixladzenin Lotu Quli ilə bir qədər yuxarı tonla danışdığını görüb və “biznesmen”in qanuni oğru ilə bu sayaq danışmadığını həzm etmədiyinə görə onu vurub. Lakin Nadir Səlifov dərhal müdaxilə edərək Çixladzenin də qanuni oğru olduğunu deyib və beləliklə, Cumagəldiyevi sakitləşdirib.
Bununla belə, Badri Koquaşvili, eyni zamanda Çixladze bu məsələni bir müddət gündəmdə saxladılar. Koquaşvili hətta Türkiyə yeraltı dünyasının liderlərindən olan Sedat Pekerlə də bu məsələ ilə bağlı görüşmüşdü.
Bütün bunlar Saşa Kuşnerin Koquaşvilini də hədəf seçdiyinə şübhələri artırır.
Kuşnerin özünə gəlincə, o, kriminal dünyanın nüfuzlu qanuni oğrularından hesab edilir. Aleksandr Kuşnerov eyni zamanda Belarusda məşhur olan "Morozovun dəstəsi”nin açar fiqurlarından biri olub. Bu dəstə kriminal avtoritet Sergey Morozov ("Moroz”) tərəfindən yaradılıb. Dəstənin fəaliyyət dövrü 1980-2004-cü illəri əhatə edir.
Anar