Almaniya Ukraynaya 30 "Gepard" verəcək

DÜNYA
19:35 / 24.06.2023
452

Almaniya Ukraynaya əlavə “Gepard” özüyeriyən artilleriya qurğularını ötürmək niyyətindədir və hava hücumundan müdafiəni gücləndirməyə çalışacaq.

HİT.az xəbər verir ki, xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin Ukrayna üzrə xüsusi qərargahının rəhbəri, briqada generalı Kristian Freydinq “Welt”ə müsahibəsində bildirib.

General hava hücumundan müdafiəni Silahlı Qüvvələrin hazırkı əks-hücumunda əsas zəif nöqtə adlandırıb:

“Biz bacardığımız qədər dəstək olmaq üçün əlimizdən gələni edirik. Biz Ukraynaya iki SLM Iris-T sistemi təhvil verdik, bu il daha 2, 2024-cü ildə daha 4-ü veriləcək. Ötən həftələrdə 34 "Gepard" zenit tankı, daha 15 tank tədarük etdik. Bundan əlavə, ilin sonuna qədər biz ABŞ ilə əməkdaşlıq edərək daha 30-a qədər "Gepard" özüyeriyən silahı təhvil vermək istəyirik. Biz də üç millətdən biri kimi “Patriot” kompleksini verdik. Əlimizdən gələni edirik. Bəs bütün bunlara baxmayaraq, Ukraynanın hava hücumundan müdafiə vasitələri kifayət qədərdirmi? Aydındır ki, yox!".

Samir

0