Litva prezidenti: "Kreml nə əkibsə, onu da biçir"

DÜNYA
18:35 / 24.06.2023
463

Litva prezidenti Gitanas Nauseda Rusiyadakı münasibət bildibi.

HİT.az xəvər verir ki, dövlət başçısı "Vaqner" qrupunun Rusiya rəhbərliyinə qarşı üsyan etməsindən sonra baş verənləri yaxından izlədiklərini deyib.

"Kreml nə əkibsə, onu da biçir. Ukraynaya qarşı bütün şiddətlər əks nəticə verdi", deyə Nauseda bildirib.

Litvanın baş naziri İnqrida Simonite də "Twitter" bu barədə danışıb: "Litva üçün birbaşa təhlükə görməsək də, vəziyyəti diqqətlə izləyir və sərhədlərdəki vəziyyəti diqqətdə saxlayırıq. Müttəfiqlərimizlə koordinasiyadayıq".

Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs isə bəyan edib ki, Rusiyada baş verən hadisələrə görə bu ölkənin vətəndaşlarına humanitar və ya digər səbəblərdən heç bir viza verilməyəcək.

"Biz 2022-ci il sentyabrın 19-dan etibarən Rusiya vətəndaşları üçün tətbiq edilən sərhədi keçmək məhdudiyyətlərini dəyişməyəcəyik. Biz Estoniya və Litva ilə birgə sərhəd nəzarətini yaxından əlaqələndirəcəyik və zəruri hallarda əlavə birgə qərarlar qəbul edəcəyik", deyə Rinkeviç bildirib. 

Samir

0