"Avropa daha çox müstəqil olmalıdır" - Makron

DÜNYA
20:51 / 24.06.2023
555

"Avropa İttifaqı daha çox müstəqil olmağa çalışmalıdır".

HİT.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron CNN-ə müsahibəsində deyib.

"Avropa və Aİ-nin daha müstəqil olması mənim üçün çox vacibdir. Bu, dünya nizamı üçün faydalıdır”, deyə Makron bildirib.

Fransa liderinin sözlərinə görə, Avropanın daha böyük müstəqilliyi və Aİ-nin regional problemləri müstəqil şəkildə həll etmək bacarığı ABŞ üçün də faydalı olacaq: "Bu, bir neçə il və ya onilliklər ərzində baş verəcək? Əmin deyiləm".

"Mən istəyirəm ki, vətəndaşlarımız müasir həyatın əsas məqamları olan texnologiyalar, müdafiə, enerji baxımından müstəqil olsunlar. Dünyanın qalan hissəsi ilə nə baş verə biləcəyini heç kim bilmir və əgər bir millətdən asılısınızsa, çox mürəkkəb vəziyyətə düşə bilərsiniz", deyə Makron əlavə edib.

Fransa lideri qeyd edib ki, o, Avropanın asılı vəziyyətə düşməsini istəmir: “Beləliklə, bir avropalı kimi daha böyük müstəqillik uğrunda mübarizə aparmağın ədalətli olacağına inanıram”.

Samir

1