"İndi Rusiyada “sadiqlərin” düşərgəsi və “üsyançıların” düşərgəsi var. Bu heyrətamiz fakta daha bir fakt əlavə olunur: Yevgeni Priqojin və onun “Vaqner” dəstəsinin başçılıq etdiyi üsyançılar iyunun 24-ü şənbə günü milyonluq Rostov-na-Donu şəhərinə nəzarəti ələ keçirib və generalları girov saxlayıblar..."
HİT.az xəbər verir ki, bunu Fransanın məşhur "Le Monde" nəşri yazır.
"Moskva öz mövqeyini kifayət qədər aydın ifadə edib. Cümə axşamından Kremldən Müdafiə Nazirliyinə, FSB-dən İstintaq Komitəsinə qədər ölkənin bütün qurumları eyni sözlərdən istifadə edir: “silahlı üsyan”, “hərbi çevriliş”. Priqojin özü də özünü müdafiə edərək deyir ki, onun məqsədi Vladimir Putin deyil, yalnız hərbi komandanlıqdır", deyə "Le Monde" qeyd edir.
Nəşr yazır ki, aylardır inkişaf edən "çiban" çox böyükdür və onu aradan qaldırmaq mümkün deyil.
Samir