"Priqojin özünü çox təhlükəli vəziyyətə salıb" - Keçmiş MKİ əməkdaşı

DÜNYA
19:00 / 24.06.2023
516

"Moskvada hərbi rəhbərliklə “Vaqner” özəl muzdlu şirkətinin dəbdəbəli rəhbəri Yevgeni Priqojin arasında qaynayan münaqişə açıq üsyana çevrildi..."

HİT.az xəbər verir ki, bunu CNN yazır.

"Priqojin Putini 1990-cı illərdən tanıyır. O, oliqarxa çevrildi, Kremllə gəlirli iaşə müqavilələri əldə etmək ona Putinin aşpazı ləqəbini qazandırdı. Onun qəddar səhra komandirinə çevrilməsi 2014-cü ildən sonra baş verdi. Rusiyada Priqojinin siyasi ulduzu 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı hücumdan sonra yüksəldi", deyə nəşr əlavə edir.

Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş əməkdaşı və hazırda CNN-in şərhçisi olan Stiv Hall deyir ki, Priqojin özünü çox təhlükəli vəziyyətə salıb və bunun onun üçün nə demək olduğunu yaxşı bilir.

"Priqojin necə bir risk etdiyini aydın şəkildə təsəvvür edir", deyə keçmiş MKİ əməkdaşı bildirib.

Samir

0