General Milli Yaxın Şərqə səfərini ləğv etdi

DÜNYA
22:18 / 24.06.2023
807

ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli Rusiyadakı vəziyyətə görə şənbə günü baş tutmalı olan Yaxın Şərqə planlaşdırılan səfərini ləğv edib.

Hit.az “The Jerusalem Post”a istinadən xəbər verir ki, bu barədə onun mətbuat katibi məlumat verib.

Millinin İsrail və İordaniyaya səfər etməyi planlaşdırdığı qeyd edilir.

Xəbər verdiyimiz kimi, iyunun 23-də “Vaqner” PMC-nin rəhbəri Yevgeni Priqojin Rusiya hərbi rəhbərliyinə, xüsusən də Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyquya qarşı demarş elan edib. Lakin sonradan anlaşma əldə edərək qiyamı dayandırıb.

Samir

0