Ötən həftəyə damğasını vuran fəlakət zamanı "Titanik"in qalıqlarını görmək istəyən 5 nəfərin öldüyü "Titan" adlı sualtı gəminin şirkəti şok addım atıb.
HİT.az xəbər verir ki, "OceanGate" şirkəti yeni iş elanı verib.
Şirkət "sualtı gəmi kapitanı" axtardığını açıqlayıb. Elanda namizəddən yüksək enerjili olması da tələb olunub.
Şirkətin saytında yer alan vakansiyada "sualtı qayıqları və sualtı gəmiləri idarə edəcək birini axtarırıq" yazılıb. Həmçinin, bu şəxsin dalışlar zamanı sözügedən vasitələri və sistemləri idarə edəcəyi vurğulanıb. Bunun iş axtaranlar üçün "əla fürsət" olduğu da qeyd olunub. Çox sərt təpkilərə səbəb olan elan daha sonra silinib.
Xatırladaq ki, ötən həftə "Titanik"in qalıqlarını görmək üçün 250 min dollar ödəyən 5 nəfər "Titan" adlı sualtı gəminin okeanın təzyinə tab gətirməyək partlaması nəticəsində həlak olublar.
Pərviz