Lukaşenko Rusiya-Ukrayna danışıqlarında iştirak edə bilər

DÜNYA
18:45 / 25.06.2023
522

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Belarus prezidenti Aleksandr Lukaşenkonun müharibənin sülh yolu ilə nizamlanması üzrə danışıqlarda iştirakını istisna etməyib. 

HİT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Aleksey Danilov deyib ki, artıq potensial rusiyalı danışıqlarçılar qrupu yaradılıb, lakin hələlik naməlum qalır. Buna baxmayaraq, o, Aleksandr Lukaşenkonun prosesdə iştirakının mümkün olduğunu bildirib. Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri rusiyalı müzakirəçilər qrupu haqqında hər hansı təfərrüatlı məlumat açıqlamayıb.

Martın sonunda Aleksandr Lukaşenko Belarus xalqına və parlamentinə müraciətində bildirib ki, Ukrayna ərazisində münaqişənin həlli üçün danışıqlara “sabah deyil, indi başlanmalıdır".

Samir

0