Litva prezidenti Gitanas Nauseda bildirib ki, Rusiyada "Vaqner"in hərəkətləri ilə əlaqədar təhlükəsizlik vəziyyətinin gərginləşməsi Litvanın kəşfiyyat fəaliyyətini gücləndirməsini tələb edir.
Hit.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Belarus və Rusiyanın Kalininqrad vilayəti ilə bağlı şərq istiqamətində vəziyyəti qiymətləndirmək üçün kəşfiyyat səylərini artırmaq lazımdır", deyə prezident bildirib.
O qeyd edib ki, “Vaqner” Belarus ərazisində yerləşərsə, bu, dövlət sərhədinin mühafizəsinin gücləndirilməsi zərurəti demək olacaq.
Samir