Ukraynanın İsrail Dövlətindəki səfirliyi “Rusiya Federasiyası ilə sıx əməkdaşlıq yolunu seçmiş” hazırkı İsrail hökumətinin rusiyapərəst mövqeyini tənqid edib.
Hit.az xəbər verir ki, bu barədə səfirliyin bu gün “Twitter” səhifəsində dərc olunmuş bəyanatında deyilir.
Qeyd edilib ki, bu mövqenin sübutu 2023-cü ilin birinci yarısında baş vermiş bir sıra kifayət qədər mübahisəli hadisələr, İsrailin Ukraynaya humanitar yardımının demək olar ki, tam olmamasıdır. Xüsusilə, səfirlik İsrailin xarici işlər nazirinin cari ilin fevralında Ukraynaya səfərini və baş nazir Benyamin Netanyahunun kütləvi informasiya vasitələrinə verdiyi bir sıra müsahibələri, o cümlədən sonuncu dəfə ötən həftə “Jerusalem Post” qəzetinə verdiyi müsahibəni xatırladıb.
"İlk növbədə, İsrailin baş nazirinin bütün müvafiq bəyanatları İsrailin son il yarım ərzində Ukraynaya müdafiə yardımı göstərməsi ilə bağlı tam fəaliyyətsizliyinə haqq qazandırmaq məqsədi daşıyırdı. İlkin olaraq, arqumentlər İsrailin Rusiya ilə xüsusi münasibətləri ilə bağlı idi. Suriya məsələsi, eləcə də Rusiya Federasiyasındakı yəhudi icmasının zəifliyi... Lakin son müsahibədə tamamilə qondarma və spekulyativ arqumentlər irəli sürülüb, guya Qərb silahlarının Ukraynadakı döyüş meydanından Suriya və İran rejimlərinə ötürüldüyü bildirilir. ”, - Ukrayna səfirliyinin bəyanatında deyilir.
Samir