NATO-nun Hərbi Komitəsinin sədri Rob Bauer bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum zamanı ehtiyatlı davranması düzgündür, çünki bu, çox çətin əməliyyatdır. O, bəyan edib ki, Ukrayna qoşunları bəzən 30 km dərinliyə çatan müdafiə istehkamları ilə üz-üzədir.
HİT.az xəvər verir ki, Bauer bu barədə Brüsseldə jurnalistlərə danışıb.
“Əks-hücum çətindir... İnsanlar bunun bir tort olacağını düşünməməlidirlər. Belə olmur... Bu tip əməliyyatlar həddən artıq ağırdır və hesab edirəm ki, Ukrayna Silahlı Qüvvələrinin bunu həyata keçirmə tərzi təqdirəlayiqdir. Bu, onlar üçün çox çətindir", deyə NATO rəsmisi bildirib.
Hərbi komitənin rəhbəri Ukrayna ordusunun əks-hücumunu İkinci Dünya Müharibəsi zamanı müttəfiqlərin Normandiyaya desant etməsi ilə müqayisə edib. O xatırladıb ki, daha sonra müttəfiqlərə Almaniyanın müdafiəsini yarmaq üçün “yeddi, səkkiz, doqquz həftə” lazım olub. Ona görə də Ukrayna Silahlı Qüvvələrinin hücumunun ləng getməsində təəccüblü heç nə yoxdur.
Samir