İran Hərbi Dəniz Qüvvələrinə hipersəs raketləri olan esmines daxil ediləcək

DÜNYA
21:58 / 03.07.2023
552

İran Hərbi Dəniz Qüvvələrinin (DHQ) baş komandanı, kontr-admiral Şəhram İrani bildirib ki, tezliklə Hərbi Dəniz Qüvvələrinin tərkibinə daxil olacaq “Dəmavənd 2” esminesi hipersəs raketləri ilə təchiz olunacaq. 

HİT.az xəbər veruir ki, bu barədə "Press TV" məlumat yayıb.

O qeyd edib ki, “Dəmavənd 2” digər raketlər və hava hücumundan müdafiə sistemləri ilə də silahlanacaq. Bundan əlavə, ən son kəşfiyyat və döyüş sistemlərinə sahib olacaq.

Bundan əvvəl İranın ali lideri Ayətullah Əli Xamenei demişdi ki, Qərb ölkələri İranın respublikanın nüvə proqramının inkişafına mane olmağa çalışır. Onun sözlərinə görə, bu sənaye ölkənin əhəmiyyətli tərəqqisinin açarıdır. 

Samir

0