"Vaqner" üsyanı zamanı Rostova nə qədər ziyan dəyib? - MƏBLƏĞ

DÜNYA
21:04 / 03.07.2023
539

Rostov-na-Don şəhərinin administrasiyasının rəhbəri Aleksey Loqvinenko bildirib ki, “Vaqner” özəl hərbi şirkətinin üsyanı nəticəsində dəyən ziyan təxminən 92,5 milyon rubl təşkil edib. 

HİT.az bu barədə RTVI telekanalına istinadən xəbər verir.

“Həmçinin 5 ədəd xüsusi təyinatlı bələdiyyə texnikası sıradan çıxıb. Onun bərpası üçün ilkin olaraq 63,7 milyon rubl lazımdır. Bərpa işlərinin yekun həcmi maşınların təmiri başa çatdıqdan sonra məlum olacaq”, deyə Loqvinenko bildirib.

Onun sözlərinə görə, şəhərdə 12 min kvadratmetr yol hissəsi və 210 kvadratmetr səkiyə ziyan dəyib. Tramvay relslərinin oxları da zədələnib.

Samir

0