Türkiyə hökuməti sahibləri kirayəçilərdən yüksək kirayə haqqı tələb edən və hökumətin 25%-lik limitlə bağlı qərarı ilə razılaşmayan boş evlərə vergiləri artırmaq niyyətindədir.
HİT.az xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzeti məlumat yayıb.
Türkiyənin ədliyyə naziri Yılmaz Tunc bir müddət əvvəl bildirib ki, hökumət ev sahibləri üçün mənzillərin kirayə haqqının artırılması ilə bağlı məhdudiyyəti bir il müddətinə uzadıb, bu, maksimum 25% artırıla bilər.
Əvvəllər ev sahibləri bu məhdudiyyətə qarşı çıxırdılar, çünki kirayə haqqının müəyyən edilməsində onların fikrincə, illik inflyasiya və istehlak qiymətləri indeksi nəzərə alınmalıdır. Rəsmi məlumatlara görə, Türkiyədə may ayında illik inflyasiya 40%-dən bir qədər aşağı olub. Türkiyənin mülki məhkəmələri mənzil kirayəsi xərcləri və kirayəçinin evdən çıxarılması tələbləri ilə bağlı iddialarla doludur, dinləmələr iddia açıldıqdan bir ildən gec olmayaraq təyin edilir.
"Kirayəyə 25 faizlik həddi tətbiq edən hökumət boş evlərə görə vergiləri artırmağa hazırlaşır. Türkiyə daxilində boş evlərin regional xəritəsi hazırlanacaq və yüksək qiymət gözləntiləri ilə boş qalanlar üçün vergilər artırılacaq. Ev sahibləri yüksək vergilər əvəzinə aşağı əmlak qiymətlərinə və ya icarə haqqına üstünlük verməli olacaqlar", deyə nəşr yazır.
Samir