Türkiyədə maraqlı hadisə baş verib.
HİT.az xəbər verir ki, Məmləkət Partiyasının regional şöbəsi oğurlanıb.
Daha doğrusu, partiyanın Malatyadakı regional şöbəsinin qurulduğu çadırı oğurlayıblar.
Zəlzələdən sonra Məmləkət Partiyası sözügedən çatdırı orada qurmuşdu. Maddi çətinliyə görə partiya şöbəsini konteynerdə deyil çadırda qurmuşdu.
Abdullah Gül adına parkdan oğurlanan çadırı polis araşdırmaların ardından tapıb. Çadırın tapılmasının ardından Məmləkət Partiyasının regional şöbəsi fəaliyyətini yenidən bərpa edib.
Pərviz