Ağ Evdə aşkar edilən şübhəli kokainə bənzər maddə ABŞ Gizli Xidməti tərəfindən araşdırılır.
HİT.az xəbər verir ki, bu barədə "Washington Post" yazıb.
KİV-in məlumatına görə, toz halında olan maddə iyulun 2-də axşam saatlarında aşkar edilib. ABŞ administrasiyasının əməkdaşları təxliyə edilib.
İlkin analizlər tozun kokain ola biləcəyini təsdiqləyib və əlavə araşdırmalar aparılır. DC Yanğınsöndürmə İdarəsinin məlumatına görə, toz heç bir təhlükə yaratmır.
Maddənin aşkar edildiyi vaxt ABŞ prezidenti Co Bayden Ağ Evdə olmayıb.
Aprel ayında ABŞ-da UPS kuryerləri narkotik qaçaqmalçılığı ittihamı ilə həbs edilib. Polisin məlumatına görə, onlar karqo adı altında kokain daşıyırmış.
Samir