İran prezidenti beynəlxalq ictimaiyyəti dollardan imtina etməyə çağırdı

DÜNYA
17:07 / 04.07.2023
512

İran prezidenti İbrahim Rəisi ABŞ dollarından beynəlxalq valyuta kimi imtina etməyə çağırış edib.

HİT.az xəbər verir ki, o, bunu Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Yeni Dehlidə keçirilən sammitində deyib.

Rəisi Qərbin hegemonluğunun ABŞ valyutasının üstünlüyünə töhfə verdiyini vurğulayıb. Onun sözlərinə görə, yeni iqtisadi düzən yaratmaq üçün dünya təcrübəsində bu hesablama vasitəsi yığışdırılmalı, dövlətlər arasında ticarətdə milli valyutalardan istifadə edilməlidir.

İyulun 4-də İran ŞƏT-ə üzv olub və təşkilatın 9-cu tamhüquqlu üzvünə çevirilib.

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) 15 iyun 2001-ci ildə Çin, Rusiya, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan liderləri tərəfindən təsis edilmiş beynəlxalq təşkilatdır. 

Samir

0