Sülhməramlıların iki zabiti qadın hərbçiyə görə dalaşdı

DÜNYA
17:41 / 04.07.2023
527

Kosovoda sülhməramlı missiyada iştirak edən Polşa hərbçiləri arasında dava düşüb.

HİT.az xəvər verir ki, bu barədə RMF FM radiostansiyası öz mənbələrinə istinadən məlumat yayıb.

"Kosovoda beynəlxalq missiyada xidmət edən Polşa hərbçiləri ilə bağlı daha bir qalmaqal. Bu dəfə Polşa zabitləri arasında dava olub", deyə məlumatda bildirilir.

Qeyd olunur ki, Polşa missiyasının bölmələrindən birinin komandiri ilə onun müavini arasında dava düşüb. Münaqişə İtaliya Korpusundan olan bir qadın hərbçiyə görə baş verib.

Hər iki məmur bir-birinin ünvanına şikayət etməkdən imtina etdiyi üçün intizam araşdırması aparılmır. Buna baxmayaraq, onlar vaxtından əvvəl vətənə çağırılıblar.

Daha əvvəl bildirilmişdi ki, Kosovodakı üç polşalı hərbçi özbaşına Kosovska Mitrovitsadakı dəstəni tərk edərək Serbiya tərəfinə keçib və orada yerli sakinlərlə spirtli içki qəbul edib. Onlar geri qayıdarkən Kosovo polisi tərəfindən saxlanılıb.

Samir

0