"Qazprom" ildə Ukrayna ərazisindən 4-5 milyard dollar qazanır

DÜNYA
09:00 / 05.07.2023
623

Rusiyanın "Qazprom” şirkəti Ukrayna ərazisindən 10-15 milyard kubmetr qaz nəqlinə görə ildə təxminən 4-5 milyard dollar gəlir əldə edir. 

HİT.az xəbər verir ki, bu barədə Rusiya Strateji Araşdırmalar Mərkəzinin Yanacaq-Energetika Kompleksi Sənayesinin İqtisadiyyatı Mərkəzindən bildirilib.

Ukrayna marşrutu “Türk axını” ilə birlikdə Rusiya qazının Avropaya nəqli üçün iki əsas marşrutdan biridir. 

Ukraynanın energetika naziri German Qaluşenko bildirib ki, Rusiya ilə qaz üzrə tranzit sazişinin 2024-cü ildən sonra uzadılması şansları zəifdir. Hazırda beşillik tranzit müqaviləsi qüvvədədir və bu müqaviləyə əsasən, "Qazprom" birinci ildə 65 milyard kubmetr, növbəti dörd ildə isə 40 milyard kubmetr qaz nəql etməyi öhdəsinə götürür.

“Qazprom” Ukrayna vasitəsilə qaz tədarükünü saxlamaqda maraqlıdır, çünki bu, digər Avropa ölkələrinə tədarükün azaldılması fonunda müəyyən gəlir gətirir. İldə təxminən 10-15 milyard kubmetr həcmlər hazırkı qiymətlərlə təxminən 4-5 milyard dollar gəlir gətirir.

"Vygon Consulting"dən ekspert Mariya Belova qeyd edir ki, Aİ ölkələrində Rusiya qazından rəsmi imtina 2027-2028-ci illər üçün nəzərdə tutulsa da, bəzi Avropa şirkətləri bunu daha əvvəl etmək niyyətlərini bildiriblər. O əlavə edib ki, Qərbi Avropaya qaz tədarükünün mənfi ssenarisində Ukrayna tranzit sistemindən bir ildən iki ilədək istifadə oluna bilər.

Samir

0