Nazirlik vəzifəli əməkdaşlarına "Apple"dan istifadəni qadağamn edir

DÜNYA
09:55 / 05.07.2023
608

İyulun 17-dən Rusiya Sənaye və Ticarət Nazirliyinin məsul işçilərinə iş rabitələrində "Apple" mobil cihazlarından istifadə qadağan ediləcək. Qadağa tabeli təşkilatların əməkdaşlarına da şamil olunacaq. 

HİT.az xəbər verir ki, bu barədə “Vedomosti” nəşri nazirin birinci müavini Vasili Osmakovun imzaladığı müvafiq əmrə istinadən yazır.

Sənaye və Ticarət Nazirliyinin daxili qadağası ilə bağlı məlumatı jurnalistlərə İT həlləri hazırlayan şirkətlərdən birinin əməkdaşı təsdiqləyib.

Bir müddət əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov mətbuata açıqlamasında bildirib ki, prezident administrasiyasının əməkdaşlarına Amerikanın “Apple” şirkətinin məhsullarından rəsmi məqsədlər üçün istifadə etməsi qadağandır. Onun sözlərinə görə, onların rəsmi məqsədlər üçün istifadəsi “qəbuledilməz və qadağandır”.

Eyni zamanda jurnalistlərin "Rusiya şəxsi məqsədlər üçün “iPhone” telefonlarının istifadəsinə qadağa qoya bilərmi" sualını cavablandıran Peskov tövsiyələrin vəziyyətin necə olduğunu daha yaxşı bilən xüsusi xidmətlər tərəfindən veriləcəyini vurğulayıb.

Samir

0