Çin prezidenti Si Szinpin şəxsən Rusiya prezidenti Vladimir Putinə Ukraynadakı hərbi əməliyyatlar zamanı nüvə silahından istifadə etməməsi barədə xəbərdarlıq edib. Bu məsələ Sinin 2023-cü ilin martında Moskvaya səfəri zamanı müzakirə olunub.
Samir xəbər verir ki, bu barədə Rusiya və Çin rəsmilərinə istinadən "Financial Times" (FT) yazıb.
FT-nin məlumatına görə, bundan sonra Çin rəsmiləri digər ölkələrin diplomatları ilə söhbətlərində Moskvanın nüvə təhdidlərini rədd etməsinin onların nailiyyəti olduğunu bəyan etməyə başlayıblar. Bu, Çinin Avropa ilə əlaqələri bərpa etmək kampaniyasının mərkəzinə çevrilib. Bu barədə bir Çin rəsmisi bildirib.
FT qeyd edir ki, Çin açıq şəkildə nüvə silahının istifadəsinə qarşı çıxıb. Eyni zamanda, Kiyev Moskva ilə münasibətlərinə görə Pekinin niyyətinin səmimi olmamasından narahat idi. Si Szinpinin Vladimir Putinə xəbərdarlığı Qərb ölkələrində Çinin qapalı qapılar arxasında nüvə əleyhinə ritorika yürütdüyünə dair ümidləri artırıb.
ABŞ administrasiyasının adı açıqlanmayan yüksək rütbəli rəsmisi "Çin bütün səviyyələrdə mesajın göndərilməsinə görə məsuliyyəti öz üzərinə götürüb", deyib.
FT-nin Kremlə yaxın mənbələrə istinadən verdiyi məlumata görə, Vladimir Putin taktiki nüvə silahından istifadənin Rusiyaya döyüş meydanında üstünlük verməyəcəyinə qərar verib. Onların fikrincə, nüvə zərbəsi rus qoşunlarının cəbhədə irəliləməsinə çox az kömək etsə də, Rusiyanın nəzarətində olan əraziləri “şüalanmış boş yerə” çevirəcək.
Martın 20-də Si Szinpin üç günlük səfərlə Moskvaya gəlib. Vladimir Putin danışıqlardan sonra Rusiya Federasiyası ilə Çin arasında münasibətlərdə “hər şeyin şəffaf olduğunu” bildirib.
Samir