Şimali Atlantika Alyansının baş katibinin müavini Mirça Coana deyib ki, NATO Vilnüsdə keçiriləcək sammitdə Moldovanın təhlükəsizliyinə zəmanət verə bilməyəcək.
HİT.az xəbər verir ki, o, bu barədə “Digi 24” telekanalının efirində danışıb.
Onun sözlərinə görə, müttəfiqlikdə respublikaya qüsursuz, fəal və hərtərəfli dəstək var.
NATO baş katibinin müavini Moldova prezidenti Maya Sandunun neytral ölkə olmağın zəif olmaq demək olmadığını müdafiə edən sözlərini xatırladıb.
“Buna görə də biz təhlükəsizlik təminatlarından danışa bilmərik, lakin Moldovanın Avropa yoluna daxil olması həm də Aİ, NATO ilə təhlükəsizlik əlaqələrinin təkamülünü nəzərdə tutur”, deyə NATO rəsmisi bildirib.
Samir