Almaniya və NATO-nun təhlükəsizliyinin təmin edilməsi, eləcə də ölkənin silahlı qüvvələrinin gücləndirilməsi Almaniyanın gələn il büdcəsi üçün prioritet və eyni zamanda problemə çevriləcək.
HİT.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Bundestaqda çıxışı zamanı deyib.
"Büdcənin açıq-aydın prioritetləri var. İlk növbədə, ölkəmizin təhlükəsizliyi vacibdir”, deyə kansler bildirib.
Şolts çıxışı zamanı Ukrayna münaqişəsini “dönüş nöqtəsi” adlandırıb və Almaniyanın Kiyevə yardım etdiyini xatırladıb. Onun sözlərinə görə, bu yardım maliyyələşdirilməlidir, çünki bu münaqişənin nə qədər davam edəcəyini heç kim bilmir.
"Bu, xüsusilə Bundesverin gücləndirilməsi zərurətinə aiddir", deyə o bildirib və hakimiyyətin ölkə ordusunun inkişafı üçün 100 milyard avro məbləğində xüsusi fond yaratdığını vurğulayıb.
"Təhlükəsizlik böyük bir problemdir və əlbəttə ki, bu həm də bütün büdcə üçün problem deməkdir", deyə Şolts əlavə edib.
Samir