Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi bildirib ki, Çin Avropa İttifaqı ilə münasibətləri yüksək qiymətləndirir və Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borreli hər iki tərəf üçün ən yaxın vaxtda Pekinə səfərə dəvət edir.
HİT.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin Pekinin Borrelin gələn həftəyə planlaşdırılan səfərini ləğv etməsini şərh edərkən deyib.
Onun sözlərinə görə, Çin Avropa İttifaqı ilə əlaqələrə böyük əhəmiyyət verir, Aİ ilə bütün səviyyələrdə və müxtəlif sahələrdə mübadilələri dəstəkləyir.
"Biz ali nümayəndə Cozep Borrelin hər iki tərəf üçün ən əlverişli vaxtda Çinə səfərini səbirsizliklə gözləyirik", deyə Vanq bildirib.
O əlavə edib ki, Çin bu məsələ ilə bağlı Avropa İttifaqı ilə əlaqə saxlamağa hazırdır.
Çin Avropa İttifaqının diplomatik nümayəndəsi Cosep Borrelin iyulun 10-da başlamalı olan Pekinə planlaşdırılan səfərini səbəbləri açıqlamadan ləğv edib.
Samir