Ukraynanın baş nazirinin Avro-Atlantik inteqrasiya üzrə müavini Olqa Stefanişina bildirib ki, Şimali Atlantika Alyansı Litvada keçiriləcək sammitə bir həftədən az qalmış Ukrayna üzrə addımları müzakirə etməkdə davam edir.
HİT.az "European Pravda"ya istinadən xəbər verir ki, onun sözlərinə görə, Kiyevin tərəfdaşları başa düşməlidirlər ki, indi ukraynalıların NATO-dan “lazımi siyasi qərarlar” haqqında eşitməli olduqları vaxtdır:
“Son bir neçə ay ərzində biz bütün müttəfiqlərlə daimi ünsiyyətdə olmuşuq. Prezident Volodimir Zelenski liderlərlə şəxsən danışıqlar aparır. Və mən istisna etmirəm ki, əslində son qərarlar artıq Vilnüsdə verilə bilər. Lakin müzakirələr davam edərkən, bizim Ukrayna ilə bağlı siyasi qərarlarla bağlı yekun baxışımız yoxdur".
Samir