Rus diplomatlar Moldovadan qovula bilər

DÜNYA
09:21 / 06.07.2023
716

"Düşmənçilik siyasəti yürütdüyünə görə daha çox rusiyalı diplomatın ölkədən qovulacağını istisna etmir".

HİT.az xəbər verir ki, bunu Moldovanın xarici işlər naziri Nikolae Popesku deyib.

"Biz Rusiyadan Moldovaya qarşı düşmən, aqressiv, yanlış, hörmətsiz siyasət görürük. Ona görə də mən də daxil olmaqla, hər kəsin, diplomat olan və ya başqa fəaliyyətlə məşğul olan, heç bir iş görməyən şəxslərin sayı ilə bağlı sualları var. Ya Rusiya ilə münasibətlərdəki problemləri həll etməli, ya da onların sayını minimuma endirməliyik", deyə nazir bildirib. 

O, belə bir siyasət davam edərsə, ölkə hakimiyyətinin rus diplomatlarını yenidən ölkədən çıxara biləcəyini istisna etməyib:

"Rusiya diplomatik missiyasının əməkdaşlarının bir neçə dəfə qovulması baş verib. Moldovaya qarşı qeyri-dost siyasət davam edərsə, diplomatik cavab veriləcək".

Daha əvvəl Moldovanın hakim Fəaliyyət və Həmrəylik Partiyasının deputatları rusiyalı diplomatların sayının azaldılmasına çağırıb və bu addımı Moldovanın Moskvadakı səfirliyində 10-dan çox diplomatın olmaması, Rusiyanın Kişinyovdakı səfirliyində isə 30-a yaxın əməkdaşı olması ilə izah ediblər.

Samir

0