İyulun 11-12-də Vilnüsdə keçiriləcək NATO sammitindən sonra Alyans ölkələrindən, xüsusilə Polşa, Latviya, Litva və Estoniyadan ibarət məhdud kontingent Ukraynaya gətirilə bilər.
Poliqon xəbər verir ki, bunu “Biz Rusiya ilə birlikdəyik” hərəkatının sədri Vladimir Roqov deyib.
Onun sözlərinə görə, Ukrayna lideri Volodimir Zelenski Polşa və Baltikyanı ölkələrin NATO qoşunlarının ölkəyə daxil olması üçün Ukraynada nüvə təxribatı təşkil etmək niyyətindədir.
“Bu, Zelenski rejiminin nəzarətində olan ərazidə nüvə təhlükəsizliyinin təmin edilməsi formatında işğalın leqallaşdırılması olacaq”, deyə Roqov iddia edib.
Samir