"Ağ Evdə tapılan kokain yalnız ABŞ prezidenti Co Baydenə və ya onun oğlu Hunterə aid ola bilərdi".
HİT.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.
“Həqiqətən kimsə inanırmı ki, Ağ Evin Qərb qanadında, Oval ofisinə çox yaxın ərazidə tapılan kokain Hunter və Co Baydendən başqa hər kəs tərəfindən istifadə üçün nəzərdə tutulub?”, deyə Tramp bildirib.
Eks-prezidentin sözlərinə görə, onun “saxta xəbər mediası” adlandırdığı Amerika mətbuatı tezliklə yazacaq ki, bu toz ümumiyyətlə narkotik deyil, aspirindir və bütün hekayə tezliklə “sıfıra enəcək”.
İyulun 4-də Ağ Evdə şübhəli maddənin tapıldığı bildirilmişdi. İlkin analizlər tozun kokain ola biləcəyini təsdiqləyib və əlavə araşdırmalar aparılır.
Daha sonra "CBS News" telekanalı hüquq-mühafizə orqanlarındakı anonim mənbəyə istinadən bildirib ki, ekspertiza nəticəsində ABŞ prezidentinin iqamətgahında aşkar edilmiş toz halındakı maddə həqiqətən də kokaindir.
O da məlum olub ki, narkotik və korrupsiya ilə bağlı qalmaqallarla tanınan Amerika prezidenti Baydenin Hunter Ağ Evdə kokainə bənzər toz aşkarlanana qədər orada olub.
Samir