“Vaqner”iin rəhbəri Yevgeni Priqojin hazırda Belarusda deyil.
HİT.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko yerli və xarici KİV nümayəndələri ilə görüşündə deyib.
Lukaşenkonun sözlərinə görə, "Vaqner" döyüşçüləri hazırda öz düşərgələrindədir.
Lukaşenko vurğulayıb ki, "Vaqner"in ölkədə yerləşdirilməsi ilə bağlı hər hansı risk yaranıbsa, mütləq görəcək.
“Yevgeni Priqojinə gəlincə, o, Sankt-Peterburqdadır. Ola bilsin ki, o, Moskvaya gedib, amma Belarus ərazisində deyil”, deyə Belarus prezidenti bildirib.
O əlavə edib ki, "Vaqner"lə bağlı suallar ona ünvanlanmamalıdır, çünki şirkət Rusiyaya aiddir.
Samir