Acun Ilıcalının dostu 500 000 hesab ödədi, 50 000 bəxşiş verdi - FOTO

DÜNYA
15:29 / 06.07.2023
487

Məşhur prodüser, aparıcı və iş adamı Acun Ilıcalının meksikalı milyonçu dostu Rikardo Salinas Pilqeo istirahət etmək üçün Bodruma gəlib. 

125 milyon dollarlıq lüks yaxtası ilə Bodrum sahillərində dincələn Rikardo ötən gün 30 nəfərin şam yeməyi üçün 500 000 lirə hesab ödəyib.

Ilıcalının həm də iş ortağı olan Salinas 50 000 lirə də bəxşiş verib. 

Türkiyəyə Acunun dəvəti ilə gələn Rikardo hazırda Yalıkavak bölgəsində istirahətini davam etdirir. 

0
BAKU.WS