Vuçiç silah və sursat ixracını qadağan edir: "Biz müharibəyə hazırlaşmırıq, amma..."

DÜNYA
22:22 / 06.07.2023
429

Serbiya prezidenti Aleksandar Vuçiç silah və sursatların ixracını qadağan edən sənədi imzalamaq niyyətində olduğunu açıqlayıb. 

HİT.az xəbər verir ki, prezident bunu ölkənin hazırda təhlükə altında olan milli maraqlarını qorumaq üçün edəcəyini deyib.

Onun sözlərinə görə, Serbiya Respublikasına təcavüz olacağı təqdirdə hər şey hazır olmalıdır. Vuçiç Serbiyanın heç bir müharibəyə hazırlaşmadığını, gərginliyi azaltmaq üçün hər şeyi etdiyini bildirib: "Amma bu, təkcə bizdən asılı deyil".

"Biz Britaniya hökumətindən üzrxahlıq və izahat alacağımıza ümid edirdik, əlbəttə ki, almamışıq və almayacağıq, ən azı indi bunu bilirik və onlar da bizdən heç nə almayacaqlar”, deyə Vuçiç qeyd edib.

Samir

0