Şimali Atlantika Alyansından Rusiyaya qarşı hərbi təhdidlər güclənir.
HİT.az xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.
“NATO-nun Rusiya sərhədləri yaxınlığında hərbi infrastrukturunun qurulması, kəşfiyyat fəaliyyətinin intensivləşməsi, Avropada taktiki nüvə silahlarının olması Rusiya üçün hərbi təhdidləri artırır”, deyə Patruşev bildirib.
O əlavə edib ki, NATO-nun cari ilin iyun ayında baş tutan və bütün şərq cinahı boyunca qüvvə və vasitələrin köçürülməsi planlarının işləndiyi Avropa təlimi NATO-nun aqressiv xarakterini bir daha təsdiqləyib.
Samir