Çində təhlükəsizlik problemləri yaranıb, dünyanın təlatüm və dəyişiklik dövrünə qədəm qoyması səbəbindən vəziyyət daha qeyri-sabit və qeyri-müəyyənləşib
HİT.az xəbər verir ki, bunu Çinin lideri Si Szinpin deyib.
Çin Xalq Azadlıq Ordusu qarşısında çıxış edən Si Szinpin bildirib ki, ölkənin müdafiə qabiliyyəti gücləndirilməli, qalib gəlmək və təhlükəsizlik problemlərini aradan qaldırmaq bacarığı gücləndirilməlidir. O, şəxsi heyətin döyüş hazırlığına diqqət yetirilməsinin vacibliyini də diqqətə çatdırıb.
“Hərbi məsələləri siyasi və diplomatik nöqteyi-nəzərdən ardıcıl olaraq təhlil etmək və həll etmək lazımdır”, deyə Çin lideri bildirib.
Samir