Fransanın şimalında bələdiyyə binasını yandıran 9 nəfərlə bağlı aparılan istintaq “prosessual səhv” səbəbindən dayandırılıb və həbsdə olan onlardan 5-i səhvən sərbəst buraxılıb.
HİT.az xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən TF1 telekanalı məlumat yayıb.
Səhv məhkəmə sənədinin aşağı hissəsində prokurorluğun imzasının olmaması səbəbindən baş verib, onsuz istintaqın aparılması və görülmüş qabaqlayıcı tədbirlər etibarsızdır.
Fransada iyunun 28-dən 29-na keçən gecə baş verən iğtişaşlar zamanı Mont-en-Barel şəhər meriyası yandırılıb, yanğın zamanı binanın içərisində 3 polis əməkdaşı olub. Nəticədə biri azyaşlı olmaqla 11 nəfər saxlanılıb. Cinayət törətmiş 9 nəfərin istintaqı davam etdirilib, onlardan 5-i barəsində həbs qətimkan tədbiri seçilib, daha 4-ü məhkəmə nəzarətinə verilib.
Çərşənbə axşamı, iyunun 27-də polis əməkdaşları Nanterredə yolda yoxlama zamanı 17 yaşlı yeniyetməni güllələyiblər və təhlükəsizlik rəsmilərinin dediyinə görə, həmin şəxs onların tələblərini yerinə yetirməkdən imtina edib. Həftə ərzində Fransanın bir sıra şəhərlərində iğtişaşlar baş verib. Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkə üzrə gənclər 12 mindən çox avtomobili, o cümlədən 500-ə yaxın bələdiyyə binasını, polis bölməsini və digər qurumları yandırıblar. Dörd mindən çox insan saxlanılıb, onların əhəmiyyətli bir hissəsi yetkinlik yaşına çatmayanlar olub.
Samir