Bu ölkədə keçmiş prezidentə qarşı ittiham irəli sürüldü

DÜNYA
09:32 / 07.07.2023
454

Kosta-Rikanın eks-prezidenti Luis Gilyermo Solis Rivera ölkə xəzinəsinin zərərinə nüfuz alverində ittiham olunub.

HİT.az xəbər verir ki, Dürüstlük, Şəffaflıq və Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu (FAPTA) respublikanın keçmiş prezidenti (2014-2018) Solis Rivera və onun hökumətinin 4 üzvünə qarşı dövlət xəzinəsinə qarşı nüfuz alveri ("Bancedito işi") ittihamı irəli sürüb. 

Prokurorlar hesab edirlər ki, keçmiş prezident likvidliyi saxlamaq üçün dövlət xəzinəsindən "Cartago Bancredito" bank hesabına vəsait köçürmək üçün öz aparatının rəhbəri, maliyyə naziri, milli xəzinədar və onun müavini ilə əlbir olub.

Keçmiş prezident Solis ittihamları rədd edir və hökumətinin ölkənin və xalqın maraqlarından çıxış etdiyini iddia edərək, "Bancredito işi" kreditorların və bank işçilərinin maraqlarına uyğun olduğunu qeyd edir.

Samir

0