Vladimir Putin prezident olaraq qaldığı müddətdə Rusiya Avropa üçün təhlükə yaratmağa davam edəcək.
Poliqon xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok "The Guardian"a müsahibəsində deyib.
O, həmçinin Avropa ölkələrini Rusiyaya qarşı təhlükəsizlik strategiyası hazırlamağa çağırıb.
Bundan əvvəl Burbok bildirmişdi ki, Qərb ölkələri "Vaqner" ilə son hadisələr fonunda Rusiyadakı vəziyyətə müdaxilə etməyi planlaşdırmır. O, bu barədə Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin Lüksemburqda keçirilən görüşündə bildirib.
Eyni zamanda, Burbok vurğulayıb ki, "Rusiyadakı müxtəlif oyunçuların aqibətinin nə olacağı bəlli deyil".
Samir