Türkiyənin Adana şəhərində dəhşətli hadisə baş verib.
HİT.az xəbər verir ki, qohumlar arasında atışma yaşanıb.
Belə ki, bir-birilə problemləri olan qohumlar küçədə qarşılaşanda aralarında gərginlik çıxıb. İki qrup halında olan tərəflər silaha əl atıblar. Qohumlar arasında çıxan atışmada 2 nəfər ölüb.
Hadisə yerində araşdırma aparan polislər yerdən 30 güllənin tapıldığını açıqlayıblar. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
Pərviz