Aİ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirmək istəyir

DÜNYA
14:00 / 07.07.2023
468

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirmək niyyətindədir və onların nəticələri uzunmüddətli olacaq. 

HİT.az xəbər verir ki, bu barədə "Bloomberg" Avropa Komissiyasının (AK) hesabatına istinadən yazır.

Sənəddə deyilir ki, sanksiyalar “Rusiyanın sənaye və texnoloji potensialını əhəmiyyətli dərəcədə pisləşdirib”. AK gələcəkdə bu nəticələrin artacağını proqnozlaşdırıb, çünki məhdudiyyətlər “Rusiya büdcəsinə, maliyyə bazarlarına struktur, uzunmüddətli təsir göstərir”. 

Həmçinin, məhdudiyyətlər Rusiya tərəfindən xarici sərmayələrin cəlb edilməsinə, onun sənaye və texnoloji bazasına mənfi təsir göstərir.

Sənəddə müharibə başlayandan sonra Avropa ilə Rusiya arasında ticarət dövriyyəsinin yarıdan çox azaldığı qeyd edilir. AK, Rusiya Federasiyasının istehsalında, orta və yüksək texnoloji səviyyəyə malik emal sənayesində illik itkilərin 13%-ə çata biləcəyini qeyd edib. Avropa Komissiyası vurğulayıb ki, Rusiyada polad istehsalı keçən il əvvəlki illə müqayisədə 7% azalıb və bu ilin sonuna qədər bu rəqəm daha 10% azaldıla bilər.

İyunun 23-də Brüssel Rusiyaya qarşı 11-ci sanksiyalar paketini təsdiqlədiyini açıqlayıb. O, 87 şirkət, 100 fiziki şəxs, bir sıra KİV və üçüncü ölkələrin bəzi firmaları üçün məhdudiyyətlər nəzərdə tutur. Yeni məhdudiyyətlər eyni vaxtda qüvvəyə minib.

Samir

0