Qərb NATO sammitində Kiyevə nə təklif edəcəyinə hələ də qərar verməyib - WP

DÜNYA
14:52 / 07.07.2023
462

İyulun 11-12-də NATO-nun Vilnüsdə keçiriləcək sammitində Qərb hələ də Ukraynaya nə təklif edəcəyi ilə bağlı razılığa gələ bilməyib. 

HİT.az xəbər verir ki, bu barədə "Washington Post" yazır.

“31 üzvlü Alyansın qərar qəbul etməsinə ən çox təsir edən Vaşinqton aylarla Kiyevin gözləntilərini aşağı salmaq üçün manevr edib, söhbəti yaxın müddətli üzvlükdən daha çox “təhlükəsizlik təminatları” üzərində cəmləyib və bir çox müttəfiqlər bunu mümkünsüz hesab edirlər", deyə qəzet yazır.

"Bayden administrasiyası müzakirələri yaxın müddətli üzvlükə alternativ olaraq uzunmüddətli təhlükəsizlik paktlarına çevirməyə çalışır. Lakin bu cür razılaşmaların hazırda Ukraynaya kömək edə biləcəyi bəlli deyil. Görünən odur ki, NATO müttəfiqlərindən heç biri öz əsgərlərini Ukraynaya döyüşmək üçün göndərmək istəmir. ABŞ isə dəfələrlə ən müasir silahlarını Ukraynaya göndərməkdən imtina edib. Vilnüs sammitinin praktiki olaraq istənilən nəticəsi, NATO-ya üzv olmaq üçün dərhal dəvət istisna olmaqla, çox güman ki, Ukraynanı Buxarestdən sonra düşdüyü qeyri-müəyyən vəziyyətə salacaq”, deyə qəzet əlavə edib.

Nəşrin müəllifləri qeyd edirlər ki, Kiyev Qərbdən misli görünməmiş silah və sursatlar alıb, lakin Ukraynanın müttəfiqlərinin bunu qeyri-müəyyən müddətə davam etdirə bilməyəcəyi bəlli deyil. Əgər seçicilər dəyişiklik tələb edərsə, demokratik Qərb hökumətləri də seçki nəticələrinə uyğunlaşmalıdır.

Samir

0